SƏTƏM təlimləri

İş yerində Təhlükəsizliyin təmin olunması yüksək mədəniyyətdən xəbər verir.

image not found!

Qazıntı işlərinin Təhlükəsizliyi | Excavation Safety

Bir çox tikinti sahələrində Qazıntı İşləri (xəndək qazıntıları) aparılır. Qazıntı işləri ilə bağlı bir çox təhlüklər mövcuddur. Bu təhlükələrə torpaq uçqunları, oksigen yetərsizliyi, boğulma və s. təhlükələr daxildir. Torpaq uçqunları qorxulan ən böyük ölüm riskini meydana gətirən təhlükələr başındadır.  Bu təhlükələrə qarşı Riskin qiymətləndirilməsi və müvafiq tədbirlərin görülməsi tələb olunur. G&I Training Academy sizə Qazınıtı Təhlükəsizliyi ilə bağlı təlimdə iştirak etməyi təklif edir.

     

Təlimin məqsədi: Qazıntı işlərinin təhlükəsizliyi üçün lazımlı hesab olunan ehtiyat tədbirlərini görülməsi barəsidə məlumatlandırmaq. 

Təlim kimlər üçün nəzərdə tutulub:  Qazıntı işləriniə cəlb edilə biləcək bütün personal üçün nəzərdə tutulmuşdur.

Mövzular: 

  • Giriş

  • Qazıntı işləri nədir və tələblər

  • Təhlükələr və Risklər

  • Qazıntı işləri üzrə Məsul Şəxslər və onların vəzifə öhdəlikləri

  • Əlverişsiz hava şəraiti və Torpağın vəziyyəti

  • Qazıntı işlərinin yoxlanılması

  • Torpaq uçqunlarının səbəbləri və qarşısının alınması və mailləndirmə tələbləri 

  • Nəzarət Tədbirləri

  • Fövqəladə Hallar və Xilasetmə İşlərinin Təşkili

 

Təlim müddəti: 1 gün

Lazım olan iştirakçı sayı: Minimum 5 nəfər – maksimum 15 nəfər

Təlimin keçirildiyi dil: Azərbaycan, İngilis, Rus və Türk dili

Təlimi müvəffəqiyyətlə keçmiş iştirakçılara sertifikat təqdim olunur. 

SƏTƏM təlimləri